AZ

Türkiyə Suriya ilə dəniz sərhədinin demarkasiyası sazişi imzalamaq istəyir

Türkiyə Ankaranın Şərqi Aralıq dənizindəki maraqlarını qorumaq üçün gələcəkdə Suriya ilə dəniz sərhədinin demarkasiyası sazişi imzalamağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu məlumat verib.

“Çox güman ki, dəniz sərhədləri ilə bağlı saziş imzalanacaq və Şərqi Aralıq dənizində maraqlarımız qorunacaq. Belə bir razılaşma həm Suriyanın o bölgədəki səlahiyyətlərini, həm də bizim fəaliyyət sferamızı genişləndirər. Onun köməyi ilə biz bu regionda karbohidrogen kəşfiyyatının bütün sahələrində beynəlxalq hüququ nəzərə alaraq hüquqlarımızı bölüşə bilərik. Təbii ki, orada həm Livan, həm də İsrail fəaliyyət göstərir və biz bunu nəzərə alırıq. Amma Suriya bizim ən yaxın qonşumuzdur və istəyirik ki, bu bölgədə aydın nəzarət sistemi olsun”, – o qeyd edib.

Azpost.info

Seçilən
21
7
azpost.info

9Mənbələr