AZ

“Pul dalınca qaçırsız? Mən bir daha bu qərarı verməzdim”

Roberto Mançini İtaliya millisinin baş məşqçi postunu tərk edərək Səudiyyə Ərəbistanı yığması ilə işləməkdən peşman olduğunu bildirib.

Sportinfo.az “Fotball Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis İtaliya Futbol Federasiyasının prezidentinə qarşı heç bir narazılığının olmadığını söyləyib:

“Bir daha bu qərarı verməzdim. Texniki səbəblərə, futbola görə, çünki İtaliya millisinin baş məşqçisi olmaq ən yaxşı işdir. Xeyr, bir daha eyni seçimi etməzdim!

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə münasibətlər pozulub? Bəlkə də, bir-birimizi başa düşmədik.

Biz daha çox danışsaydıq, bəlkə də, hər şey başqa cür olardı, amma mənim prezidentə qarşı heç bir narazılığım yoxdur.

Ölkənizi təmsil etmək əvəzinə pul dalınca qaçırsız? Gördüyüm işlər mənim haqqımda danışır.

Haqqımda xəbəri olmayanlar geri qayıdıb hər şeyə yenidən baxa və sonra danışa bilərlər”.

Mançini 2018-2023-cü illərdə İtaliya millisinə rəhbərlik edib. O, 2021-ci ildə İtaliya yığmasını Avropa çempionatında qələbəyə daşıyıb.

Seçilən
12
sportinfo.az

1Mənbələr