Kanada cüdo millisinin Bakıda keçiriləcək “Böyük Dəbilqə” üçün ilkin iştirak ərizəsində dəyişiklik edilib.
İdman.biz xəbər verir ki, əvvəlcə yarışın təşkilat komitəsinə 4 idmançının yer aldığı siyahı göndərilib.
Amma sonra dünya çempionatının finalçısı, dünya reytinqində ikinci olan Şadi Elnahas (100 kq) heyətdən çıxarılıb.
Kanada komandasında Olimpiya oyunlarının bürünc mükafatçısı Cessika Klimkeyt (57 kq), Artur Margelidon (73 kq) və Fransua Qatye-Drappenin (81 kq) Bakıya səfəri gözlənilir.
Qeyd edək ki, 2025-ci il fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək reytinq turnirinə ilk olaraq məhz Kanada qeydiyyatdan keçib.
İdman.biz