Dünya tarixində iz qoymuş bir çox imperiyalar əhatə etdikləri geniş coğrafiyalar və uzunmüddətli hakimiyyətləri ilə diqqət çəkirlər. Bu imperiyalar təkcə hərbi qüdrətləri ilə yox, həm də mədəni, iqtisadi və siyasi nüfuzları ilə tarixdə mühüm yer tutublar.
Teleqraf.com xəbər verir ki, tarixdə iz qoymuş bu imperiyalar arasında Azərbaycan türklərinin yaratdığı Səfəvilər və Ağqoyunlular kimi dövlətlər də var.
Bəs ən uzun müddət hökmranlıq etmiş imperiya hansıdır?
Türkiyənin “Haber7” portalının bununla bağlı siyahısı aşağıdakı kimidir:
Səlcuq İmperiyası - 157 il
Ölkələr: Azərbaycan, Gürcüstan, Türkiyə, İran, İraq, Suriya
Monqol İmperiyası - 162 il
Ölkələr: Azərbaycan, Monqolustan, Çin, Rusiya, İran, İraq, Mərkəzi Asiya və sair
Əhəmənilər İmperiyası - 220 il
Ölkələr: Azərbaycan, Gürcüstan, İran, Türkiyə, Misir, Əfqanıstan, Pakistan, Yunanıstan
Qupta İmperiyası- 230 il
Ölkələr: Hindistan, Banqladeş, Pakistan
Rus İmperiyası – 196 il
Ölkələr: Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Ukrayna, Finlandiya və Mərkəzi Asiya
Çoson İmperiyası - 505 il
Ölkələr: Koreya
Sun İmperiyası - 319 il
Ölkələr: Çin
İspaniya İmperiyası – 406 il
Ölkələr: İspaniya, Meksika, Filippin, Peru, Argentina və Çili
Britaniya İmperiyası - 414 il
Ölkələr: Böyük Britaniya, Hindistan, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika və Karib hövzəsi
Sasanilər İmperiyası - 427 il
Ölkələr: Azərbaycan, Türkiyə, Gürcüstan, İran, İraq, Əfqanıstan, Pakistan və Türkmənistan
Fransız Müstəmləkə İmperiyası - 446 il
Ölkələr: Fransa, Kanada, Əlcəzair, Seneqal, Vyetnam və Kamboca
Portuqaliya İmperiyası - 584 il
Ölkələr: Portuqaliya, Braziliya, Anqola, Mozambik, Hindistan (Qoa), İndoneziya (Timor)
Osmanlı İmperiyası - 624 il
Ölkələr: Türkiyə, Yunanıstan, Bolqarıstan, Serbiya, İraq, Suriya, Misir, Liviya, Tunis, Əlcəzair və Səudiyyə Ərəbistanı
Habsburq İmperiyası - 645 il
Ölkələr: Avstriya, Macarıstan, Çexiya, Slovakiya, İtaliya, İspaniya və Xorvatiya
Efiopiya İmperiyası - 704 il
Ölkələr: Efiopiya, Eritreya
Müqəddəs Roma İmperiyası - 1006 il
Ölkələr: Almaniya, Avstriya, İtaliya, Çexiya, Polşa, İsveçrə və Hollandiya
Bizans İmperiyası - 1058 il
Ölkələr: Türkiyə, Yunanıstan, İtaliya, Misir, Suriya və Livan
Kanem-Bornu İmperiyası – 1193 il
Ölkələr: Çad, Nigeriya, Niger, Kamerun
Yapon İmperiyası – 1384 il (Günümüzədək)
Ölkələr: Yaponiya
Assuriya İmperiyası - 1416 il
Ölkələr: İraq, Suriya, Türkiyə və İran
Roma İmperiyası – 1480 il
Ölkələr: İtaliya, Fransa, İspaniya, Türkiyə, Yunanıstan, Misir və digər Aralıq dənizi ölkələri
Çin İmperiyası – 2133 il
Ölkələr: Çin, Monqolustan, Koreya, Tayvan və Vyetnam
Qədim Misir İmperiyası - 2768 il
Ölkələr: Misir, Sudan və Liviya
Siyahıda yer almasa da, bura Azərbaycan türklərinin yaratdığı iki tarixi dövləti də qeyd edirik:
Ağqoyunlular İmperiyası – 125 il
Ölkələr: Azərbaycan, Türkmənistan, Türkiyə, İran, Gürcüstan, İraq, Suriya, Rusiya və Küveyt
Səfəvilər İmperiyası – 235 il
Ölkələr: Azərbaycan, İran, Gürcüstan, İraq, Əfqanıstan, Pakistanın qərbi, Türkmənistan, Türkiyənin şərqi, Özbəkistanın bir hissəsi və Dağıstan (Rusiya ərazisi)