AZ

Ukrayna ilə bağlı iki ssenari var - Orban

Ukrayna

“Ukraynada müharibə 2025-ci ildə başa çatacaq”.

Reyting.az
xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Macarıstanın 2025-ci il üçün planlarından da danışan Orbanın sözlərinə görə, müharibə bitdikdən sonra sülh siyasəti qayıdacaq və yenə də böyük iqtisadi uğurlar olacaq.

Baş nazir əlavə edib ki, müharibə 2025-ci ildə ya dinc danışıqlar yolu ilə, ya da döyüşən tərəflərdən birinin məhv edilməsi ilə başa çatacaq.

O, Avropa ölkələri və ABŞ-ın Ukrayna və Rusiya arasında müharibə xərclərinə də toxunub: “Amerika və Avropa birlikdə müharibəyə təxminən 300 milyard avro xərcləyib. Bu pulu Avropada həyat səviyyəsini tez bir zamanda yüksəltmək üçün istifadə etmək olardı. Biz bütün Balkanları Avropanın inkişafı səviyyəsinə çatdıra, miqrasiyanı cilovlaya, tikinti işləri görə bilərdik”.

Orbanın fikrincə, bu xərclər nəticəsində Ukrayna ərazisinin beşdə biri işğala məruz qalıb, yüz minlərlə insan həlak olub, yüz minlərlə insan şikəst olub və yaralanıb, yüz minlərlə insan dul və yetim qalıb.

Macarıstan lideri əlavə edib ki, Ukraynanın infrastrukturu, nəqliyyat və enerji sistemləri dağıdılıb və ölkə yaxın gələcəkdə iqtisadi cəhətdən özünü təmin etmək iqtidarında deyil.

E. KAMAL
Seçilən
11
reyting.az

1Mənbələr