AZ

Suriya hakimiyyəti LGBT, spirtli içki və qadınların geyimini müzakirə edəcək

Suriya bu barədə qərar vermək üçün seçkiləri gözləyir.

Turkustan.az xəbər verir ki, Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” qruplaşmasının siyasi komitəsinin nümayəndəsi Məhəmməd Xalid qeyd edib ki, “biz hələlik seçkiləri gözləməli olacağıq”.

Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd əl-Şaraa 2025-ci ildə tərəfdarları ilə LGBT-lərin statusunu, qadınların geyim tərzini və spirtli içki qəbulu imkanlarını müzakirə edəcək. Bu barədə respublikada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” qruplaşmasının siyasi komitəsinin nümayəndəsi məlumat verib. O, bunu Suriya keçid hökumətinin prioritetlərinin müzakirəsi kontekstində deyib.

Qeyd edək ki, noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verdi və ölkəni tərk etdi. Dekabrın 10-da İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
turkustan.az

1Mənbələr