AZ

Nazirlər Kabinetinin səlahiyyətləri ARTIRILDI - FƏRMAN

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Fərmanla “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsində və 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirəcək. 
 

Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 


Həmçinin, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, eləcə də Qanundan irəli gələn digər məsələləri həll etməlidir. 

Bizim.Media

Seçilən
10
bizim.media

1Mənbələr