AZ

Türkiyə Suriya ilə saziş imzalayacaq: Şərqi Aralıq bölüşdürülür

Şərqi Aralıqda maraqlarımızı qorumaq üçün gələcəkdə Suriya ilə dəniz sərhədinin demarkasiyası sazişi imzalamağı planlaşdırırıq.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu məlumat verib.

"Gələcəkdə çox güman ki, dəniz sərhədləri ilə bağlı saziş imzalanacaq və Şərqi Aralıq dənizində maraqlarımız qorunacaq. Belə bir razılaşma həm Suriyanın həmin regiondakı səlahiyyətlərini, həm də fəaliyyət sferamızı genişləndirəcək. Onun (Suriya – red.) köməyi ilə biz bu regionda karbohidrogen kəşfiyyatının bütün sahələrində beynəlxalq hüququ nəzərə alaraq hüquqlarımızı bölüşə bilərik. Təbii ki, orada həm Livan, həm də İsrail fəaliyyət göstərir və biz bunu nəzərə alırıq. Amma Suriya bizim ən yaxın qonşumuzdur və biz istəyirik ki, bu bölgədə aydın nəzarət sistemi olsun”, - deyə nazir bildirib.

Seçilən
5
7
axar.az

9Mənbələr