Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin yeni Suriya hökumətinə hərbi dəstək verməsi mümkünlüyü müzakirə edilir.
Türkiyə hökumətinə yaxın “Clash Report” adlı sosial media hesabında bildirilir ki, Ankara diplomatik və texniki məsələləri həll edərək, Hələb və Dəməşqdəki hərbi təhsil müəssisələrinə yüksək rütbəli zabitlər göndərməyi planlaşdırır.
Məlumata görə, Türkiyə hərbi müşavirləri Suriyanın yeni ordusunun hazırlanmasında iştirak edəcəklər. Bundan əlavə, mənbələr Türkiyə hərbi qüvvələrinin hava hücumundan müdafiə təlimləri üçün Homsda yerləşdirmək üçün danışıqların davam etdiyini bildirir.
Türkiyənin Suriyanın yeni hökumətinə hərbi dəstəyi ilə bağlı xəbərlər Əsəd rejiminin süqutundan dərhal sonra ortaya çıxıb. Türkiyənin xarici işlər naziri Hakan Fidanın ötən bazar günü Dəməşqə bir günlük səfəri və müdafiə naziri Yaşar Gülərin açıqlamaları məsələni yenidən gündəmə gətirib.
Ekspertlər qeyd edirlər ki, bu, Fidan və əl-Şaraa arasında keçirilən görüşdə Türkiyənin yeni Suriya ordusunun formalaşmasında rolu müzakirə olunub.