AZ

Ayaq ağrılarına laqeyd yanaşmayın: Bu xəstəliyin əlaməti ola bilər

Ayağımızdakı ağrı bədənimizin tamam başqa nahiyəsində hər hansı problemin həyəcan siqnalı ola bilər.

Demokrat.az
xəbər verir ki, mütəxəssislər ayaq ağrısının endometrioz və ya çanaq bölgəsi ilə əlaqəli digər xəstəliklərin əlaməti ola biləcəyini bildirib.

Xüsusilə endometrioz kimi xəstəlikdə lezyonlar pelvik sinirlərə təsir edərək, ayaqdan aşağı yayılan ağrıya səbəb ola bilər.

Endometrioz, uşaqlıq toxumasına bənzəyən hüceyrələr bədənin başqa bir yerində böyüdükdə baş verir.

Bu hüceyrələr hormonal dəyişikliklərə cavab olaraq böyüyə bilir.

Nəticədə iltihab və çapıq toxuması meydana gəlir.

Adətən çanaq, yumurtalıqlar və digər çanaq orqanlarının daxili səthində müşahidə olunan endometrioz nadir hallarda çanaq nahiyəsindən kənarda da əmələ gəlir.


Əfsanə Kamal
Demokrat.az


Seçilən
19
1
demokrat.az

2Mənbələr