AZ

Futbolçular meydana qayıtsalar da, hakimlər oyunu davam etdirməyiblər

Boliviyada yüksək liqada çıxış etmək üçün pley-off oyunlarında xaos yaşanıb.

İdman.biz xəbər verir ki, hadisə əsas divizionda sonuncudan əvvəlki yeri tutmuş "Royal Pari" və aşağı liqadan yüksəlmək istəyən "Real Oruro" komandalarının qarşılaşmasında qeydə alınıb.

"Royal Pari" ilk oyunda "Real Oruro"nu 4:0 hesabı ilə məğlub edib, cavab qarşılaşmasında isə sona 10 dəqiqə qalmış hakim qapılarına mübahisəli penalti təyin edərkən 0:3 hesabı ilə geridə olub. "Royal Pari"nin məşqçisi texniki məğlubiyyət alsalar belə, ümumi hesabda qalib gələcəklərini düşünərək "onbirmetrlik" qərarına etiraz əlaməti olaraq komandanı meydandan çıxarıb.

Paltardəyişmə otağında futbolçulara buna görə diskvalifikasiya olunacaqları izah edildikdən sonra komanda oyunu bitirmək üçün geri qayıtsa da, hakimlər təhlükəsizlik səbəbindən matçı davam etdirməkdən imtina ediblər. Nəticədə qələbə "Real Oruro"ya verilib, hakimlər isə xüsusi təyinatlılar tərəfindən təxliyə ediliblər. İndi "Royal Pari"ni liqadan qovulmaq, məşqçini isə uzunmüddətli cəza gözləyir.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr