AZ

Dövlət qulluğu vəzifələri üzrə test imtahanlarına qeydiyyat elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci il yanvarın 25-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

DİM-dən Yenicag.az-a bildirilib ki, imtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.

BB vəzifə qruplarına uyğun imtahan saat 11:00-da, AB, AC və BA vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2025-ci il yanvarın 14-dək aparılacaq.

DİM iştirakçıların nəzərinə çatdırır ki, 2025-ci ildən etibarən dövlət qulluğuna qəbul imtahanları yalnız elektron formada keçiriləcək və yerlərin sayı məhdud olacaq. Yanvarın 23-də keçiriləcək imtahan üçün 1520 yer ayrılıb. Qeyd edək ki, BB vəzifə qrupu üzrə imtahan iştirakçılarının sayının çoxluğu nəzərə alınaraq, 2025-ci ildə bu vəzifə qrupu üzrə imtahanların hər ay təşkil edilməsi planlaşdırılır. Digər vəzifə qrupları üzrə imtahanların isə əvvəlki qaydada bir aydan bir keçirilməsi nəzərdə tutulur.

İmtahanda iştirak etmək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman onun pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Seçilən
16
15
yenicag.az

10Mənbələr