AZ

Avropa Parlamentinin üzvü Tierri Marianidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi, xoşbəxtlik və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm. Sizə uğurlu 2025-ci il arzulayıram.

Mən müxtəlif vəzifələrdə olduğum vaxtlarda dəfələrlə Azərbaycana səfər etmək və konstruktiv fikir mübadiləsi aparmaq şərəfinə nail olmuşam.

Ötən il xüsusilə dövlət sərhədinin delimitasiyası prosesində mühüm irəliləyişlərlə yadda qaldı. Bu nailiyyət Azərbaycanın ərazi bütövlüyü və sabitliyi məsələsində Sizin əzminizi əks etdirir.

Azərbaycanın regional əlaqələrin gücləndirilməsində strateji rolu xüsusilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən Orta Dəhliz layihəsi vasitəsilə artmaqda davam edir. Bu mühüm təşəbbüslər regional tərəqqiyə gətirib çıxarmaqla yanaşı, həm də ölkənizin Avrasiyanın iqtisadi inkişafında əsas oyunçu kimi mövqeyini möhkəmləndirir.

Gələcək layihələrinizlə bağlı mənim səmimi dəstəyimə əmin ola bilərsiniz. Sizə xoşbəxt günlər arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Tierri Mariani

Avropa Parlamentinin üzvü

Seçilən
13
xalqqazeti.az

1Mənbələr