AZ

Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı

Tulada 66 yaşlı təqaüdçü bank filialında atəşfəşanlıq etdiyi üçün saxlanılıb.

 

Oxu24.com xəbər verir ki,bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.

Hadisə Krasnoarmeyski prospektində yerləşən binada baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli sakin binaya daxil olaraq pirotexniki vasitələri yandırıb. Hadisə yerindən olan görüntülərdə şöbədəki müştərilərin mebel arxasında gizləndikləri və ya qaçmağa çalışdıqları görünür.

"Hadisə nəticəsində bankın əməkdaşları və müştəriləri xəsarət almayıb", - deyə məlumatda qeyd olunur.

Təqaüdçü saxlanılıb. Onun sözlərinə görə, fırıldaqçılar onu bu işə sövq ediblər. Əvvəllər fırıldaqçılar bir qadını 1,5 milyon rubldan çox aldadıblar.

Daha sonra onlar polis mühafizəçiləri adı altında zərərçəkmiş şəxslə əlaqə saxlayıb və təqaüdçünün pul itirdiyi iddia edilən bank işçilərinin saxlanılması üçün xüsusi əməliyyatda iştirak etməyi təklif ediblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Nigar

Seçilən
7
oxu24.com

1Mənbələr