AZ

Eyfel qülləsində qısaqapanma baş verib

Yer səviyyəsindən 100 metrdən çox yüksəklikdə "bağlı".

QHT.az xəbər verir ki, bu gün Parisdə Eyfel qülləsinin ikinci mərtəbəsi ilə zirvəsi arasında baş vermiş texniki nasazlıq yanğın siqnalının işə salınmasına və yüzlərlə ziyarətçinin təxliyəsinə səbəb olub. Saat 10:50 radələrində liftin naqillərində qısaqapanma qeydə alınıb. Standart təhlükəsizlik prosedurları çərçivəsində bütün ziyarətçilər təxliyə edilib. Heç bir insan xəsarət almayıb.

Qeyd olunur ki, hazırda yanğınsöndürənlər və texniki mütəxəssislər hadisənin səbəbini öyrənmək üçün unikal konstruksiyaya baxış keçirirlər. Yanğın siqnalizasiyası qısaqapanma səbəbindən işə düşüb. Qüllənin əməliyyat şirkəti (SETE) mövcud təhlükəsizlik prosedurlarına uyğun olaraq təxminən 1200 ziyarətçini təxliyə edib. Qüllənin gün ərzində tədricən ziyarətçilərin üzünə açılması gözlənilir, lakin hələlik yalnız ikinci mərtəbəyə çıxışı var.

Qeyd edək ki, Eyfel qülləsi Parisin simvoludur, 1889-cu ildə tikilmişdir və əvvəlcə 1889-cu ildə Paris Ümumdünya Sərgisinə giriş tağı kimi xidmət edən müvəqqəti tikili kimi nəzərdə tutulmuşdu. Bu, dünyada ən çox ziyarət edilən pullu attraksion adlanır. Attraksion hər il təxminən 7 milyon ziyarətçi qəbul edir və hündürlüyü 330 metrdir. İkinci mərtəbə yerdən 115 m hündürlükdə yerləşir.

 

Pərvanə Fərhadqızı

Seçilən
23
qht.az

1Mənbələr