AZ

Güləş üzrə Azərbaycan çempionatına start verilib

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına start verilib.

İdman.biz xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq-da 104 idmançı mübarizə aparıb.

İlk finalın qalibi 3 illik fasilədən sonra çempionluq sevinci yaşayan Elmir Əliyev (55 kq) olub. Ziya Babaşov ardıcıl 3-cü dəfə 63 kq-da Azərbaycan çempionu adına sahib çıxıb.

72 kq-ın həlledici görüşündə ötənilki finalçılar üz-üzə gəlib. Bu dəfə də Urfan Həsənlidən güclü olan Ruslan Nurullayev titulunu qoruyub. 82 kq-da yeni ölkə çempionu müəyyənləşib. Sürprizə imkan verməyən Qurban Qurbanov favorit statusunu doğruldub. 97 kq-da gözlənilən final baş tutub. İki milli üzvünün qarşıdurmasından Murad Əhmədiyev qalib ayrılıb və titulunu qoruyub.

55 kq
1. Elmir Əliyev (Neftçi)
2. Rəşad Məmmədov (Neftçi)
3. Rahim Həsənov (Neftçi), Elnar Ziyadov (Kürdəmir, “Gömrükçü”)

63 kq
1. Ziya Babaşov (Neftçi)
2. Pərviz Dadaşov (DİN)
3. Fərid Baxışlı (Spartak), Əli Seyidəlili (Sumqayıt-“Təhsil”, “Spartak”)

72 kq
1. Ruslan Nurullayev (Gömrükçü)
2. Urfan Həsənli (Neftçi)
3. Təvəkgül Həziyev (Neftçi), Xalid Həsənov (Sumqayıt, “Zenit”)

82 kq
1. Qurban Qurbanov (Neftçi)
2. Elmin Əliyev (Lənkəran)
3. Elvin Osmanlı (Mingəçevir), Elmir Sərxanov (Hövsan)

97 kq
1. Murad Əhmədiyev (“Neftçi”, Balakən)
2. Arif Niftullayev (Neftçi)
3. Aqil Musayev (Spartak), Məhəmməd Əhmədiyev (“Neftçi”, Balakən)

İdman.biz

Seçilən
20
12
idman.biz

10Mənbələr