AZ

BYD avtomobilləri ilə bağlı SON XƏBƏR -2025-ci ildə...

Çin elektrikli avtomobil istehsalçısı BYD Co. şirkətinin Braziliyada zavod tikintisi yarımçıq saxlanılıb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Çin şirkəti tikinti podratçısı Jinjiang Construction Brazil Ltd ilə əlaqələri dayandırıb.

Braziliya hüquq-mühafizə orqanları zavodun tikintisində işçilərin qul şərtləri ilə işlədildiyini üzə çıxararaq, tikintinin dayandırılması barədə qərar çıxarıblar. Çin şirkəti bundan sonra podratçı ilə bütün əlaqələri kəsmək qərarına gəlib.

Braziliyanın əmək prokuroru BYD-nin Bahia əyalətindəki zavodunda işləyən 163 çinli işçini qul əməyindən xilas etdiyini və şikayətlər həll olunana qədər zavodda işlərin davam etdirilməsinə qadağa qoyulduğunu açıqlayıb.

Prokurorluğun saytı xəbər verir ki, işçilər çox ağır şəraitdə yaşayıblar, tikinti şirkəti onların pasportlarını və maaşlarının əhəmiyyətli hissəsini müsadirə edib. Şirkət işçilərə borclu olduğu vəsaitdən (digər xərclərlə yanaşı) Braziliyaya və geriyə aviabiletlərin dəyərini də çıxıb, nəticədə altı aydan az işləyən işçilər işdən çıxarılanda heç bir pul almayıblar.

Qeyd edək ki, Braziliya BYD-nin ən böyük satış bazarlarından biridir: yanvar-oktyabr aylarında şirkət braziliyalı müştərilərə 66 min elektrik və hibrid avtomobil satıb. Zavodun 2025-ci ildə fəaliyyətə başlaması gözlənilirdi.

Musavat.com

Seçilən
15
2
musavat.com

3Mənbələr