AZ

Husilər Təl-Əvivə hücum edib

Yəmənin Ənsar Allah hərəkatı (Husilər) Fələstin-2 hipersəs raketi ilə Təl-Əvivə zərbə endirib.

Oxu24.com xəbər verir ki,bu barədə hərəkatın Telegram kanalında məlumat verilib.

“Hərbi əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsində İsrailin düşmən hərbi obyektinə Fələstin-2 hipersəs ballistik raketi atılıb”, - deyə məlumatda bildirilir.

Husilər qeyd ediblər ki, raket hədəfinə uğurla çatıb.

Bundan əvvəl Yəmənin Ənsar Allah hərəkatının nümayəndələri Jaffa pilotsuz uçan aparatlarından istifadə edərək Təl-Əviv və Aşkelona hücum ediblər. Husilərin sözlərinə görə, bütün hədəflər uğurla vurulub.

 

Miri

 

Seçilən
7
1
oxu24.com

2Mənbələr