AZ

Yanğın səbəbindən Eyfel qülləsindən 1200 nəfər təxliyə edilib

Parisdə Eyfel qülləsində qısaqapanma səbəbindən yanğın baş verdi; 1,2 min ziyarətçi təcili olaraq təxliyə edildi.

Bu barədə Fransanın BFMTV televiziyası məlumat yayıb.

Yanğının ikinci və üçüncü mərtəbələr arasında liftin elektrik xəttində yaranmış texniki nasazlığın səbəb olduğu bildirilir. Yanğından sonra yanğın siqnalı yerli vaxtla saat 10:50-də işə düşüb. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib. Ziyarətçilərdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, Eyfel qülləsi Parisə gələn bütün ziyarətçilərin mütləq dayanacağı yerdir. Hər il 6 milyondan bir qədər çox insan qülləyə qalxır.

Seçilən
18
aznews.az

1Mənbələr