AZ

Güləş üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki, yunan-Roma güləşində 55, 63, 72, 82 və 97 kq çəki dərəcələri üzrə 104 idmançı mübarizə aparıb.

İlk finalın qalibi 3 illik fasilədən sonra çempionluq sevinci yaşayan Elmir Əliyev (55 kq) olub. Ziya Babaşov ardıcıl 3-cü dəfə 63 kq-da Azərbaycan çempionu ünvanına sahib çıxıb. 72 kq-ın həlledici görüşündə ötənilki finalçılar üz-üzə gəlib. Bu dəfə də Urfan Həsənlidən güclü olan Ruslan Nurullayev titulunu qoruyub.

82 kq-da yeni ölkə çempionu müəyyənləşib. Sürprizə imkan verməyən Qurban Qurbanov favorit statusunu doğruldub. 97 kq-da gözlənilən final baş tutub. İki milli üzvünün qarşıdurmasından Murad Əhmədiyev qalib ayrılıb və titulunu qoruyub.

Seçilən
3
12
ikisahil.az

10Mənbələr