AZ

"Dəmir yollunun bərpasında Ermənistan daha çox maraqlıdır" - Deputat



Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Bizim qiymətləndirməmizə görə, dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - o deyib.

Məsələyə münasibət bildirən millət vəkili Arzu Nağıyev Bakupost az -a deyib ki, son 4 ildə iqtisadi və sosial sahələrdə böhran yaşayan Ermənistanın bu addımı normaldır:



“Kommunikasiayların, o cümlədən dəmir yollarının bərpasında Ermənistan daha maraqlıdır. 30 ilə yaxın bir müddətdə etdikləri ilə özünü blokadaya salan bir ölkənin iqtisadiyyatını təsəvvür etmək çətin deyil. Ermənistan bu addımla özünü blokdan çıxarmağa, iqtisadiyyatına can verməyə çalışır".

Millət vəkili qeyd edib ki, Azərbaycanın hədəfi isə Naxçıvanila daha rahat nəqliyyat əlaqəsi qurmaq, eyni zamanda Cənubi Qafqazda öz strateji əhəmiyyətini artırmaqdır:

"Razılaşma əldə ediləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasındakı dəmir yolları Avrasiyanın mühüm nəqliyyat marşrutlarından birinə çevrilə bilər. Azərbaycan bununla həm regiondakı iqtisadi mövqeyini gücləndirəcək, həm də beynəlxalq nəqliyyat şəbəkəsinə qoşulacaq. Düşünürəm ki, sülh haqda düşünən iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması müsbət addımdır. Lakin burada önəmli olan Ermənistanın təklif etdiyi həll yolunun nədən ibarət olması və rəsmi Bakının verəcəyi cavabdır".

Sevinc,
BakuPost

Seçilən
25
1
bakupost.az

2Mənbələr