AZ

"Mer"in maşının partlatdılar

Rusiya tərəfindən ələ keçirilən Ukraynanın Zaporojye vilayətinin Berdyansk şəhərində Rusiya tərəfindən təyin edilmiş “şəhər şurasının rəhbəri” Vasili Neşetin avtomobili partladılıb.

Oxu24.com xəbər verir  ki, bu barədə Berdyansk şəhər hərbi administrasiyasının rəhbəri Nikolay Matvienko bildirib.

Onun sözlərinə görə, Neşet yaralanaraq xəstəxanaya yerləşdirilib.


Neşetin olduğu avtomobil yaşayış binasının həyətində partlayıb.

Keçmişdə Vasili Neçet Nefteximik Mədəniyyət Evinə rəhbərlik edirdi və şəhərin işğalından sonra Rusiya hakimiyyəti ilə əməkdaşlığa başladı, Vahid Rusiyaya qoşuldu və “Berdyansk şurasının sədri” təyin edildi. Ukrayna hakimiyyəti Neçetə qarşı əməkdaşlıq fəaliyyəti maddəsi ilə cinayət işi açıb.

 

Nigar

 

phrase_var_article.chosen
8
oxu24.com

1phrase_var_article.sources