“Cənab Prezidentin ad gününü sosial şəbəkə hesabımda fotosunu paylaşaraq təbrik etmişəm. Bununla yanaşı, “Respublika” qəzeti “Sərkərdəli torpaq basılmaz” adlı şeirimi də dərc edib”.
Bunu Redaktor.az-a açıqlamasında Xalq şairi Vahid Əziz Prezident İlham Əliyevin doğum gününü təbrik edərkən deyib:
“Bu gün xalqımız, ləyaqətli insanlar üçün sevindirici bir gündür. İlham Əliyev Ali Baş Komandan olmaqla yanaşı, xilaskar bir sərkərdədir. Bizim millətimizi üzüqaralıqdan, yüz illərdir davam edən itirilmiş torpaqların xəcalətindən qurtaran bir insandır. Eyni zamanda, böyük fəaliyyət göstərir inşallah yolumuz Zəngəzuradır, Qərbi Azərbaycanadır, dədə-baba torpaqlarımızadır. Yəni ləyaqətli kişinin ləyaqətli övladıdır. Doğum günü münasibəti ilə onu təbrik edirəm, onu böyük bir rəhbər kimi çox istəyirəm, Allah onu qorusun”.
Vasif ƏLİHÜSEYN