AZ

Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

Image

İğdır-Naxçıvan qaz kəmərinin tamamlanması Naxçıvanda İES tikintisinə şərait yaratdı

Hazirda dünyada "yaşıl enerji" terndlərinin yeniləndiyi bir dövrdə hasilat resursları ilə işləyən elektrik stansiyalarının tikilməsi bir çox ölkələrin ciddi iqtisadi ehtiyaclarından doğan məsələdir. Çünki enerji təhcizatı vacib lazım olduğu halda, imkan ola-ola oturub "yaşıl enerji' istehsalı texnologiyasının gəlişməsini gözləmək məntiqsizlikdir. 

Bu baxımdan ölkənin əsas hissəsi ilə quru sərhədlərə malik olmayan Naxçıvan Muxtar Respublikasında istilik ekektrik stansiyasının tikilməsi təqdirəlayiq haldir.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncam “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlət–özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin etmək məqsədilə imzalanıb.

Bu vaxta qədər Naxçıvanda analoji layihənin həyata keçrilməməsinin əsas səbəbi Muxtar Respublikya Bakıdan birbaşa qaz nəqli kəmərinin olmamasi ilə bağlı idi. İrandan mübadilə yolu ilə ötürülən qaz həcmləri yalnız əhalinin məişət tələbatını ödəyə bilirdi.

İki həftə əvvəl isə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya muxtar respublikada Dünya Türk Qəhvəsi Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında İğdır-Naxçıvan Qaz Boru Xəttinin tikintisinin cədvələ uyğun olaraq vaxtında tamamlandığını və yaxın zamanda rəsmi açılışının planlaşdırıldığını deyib.

O xatırladıb ki, 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan Qaz Boru Xəttinin təməli qoyulub: “Bu ilin sentyabr–oktyabr aylarına qədər qaz kəmərinin tikintisinin tamamlanması nəzərdə tutulurdu və işlər gözlənildiyi vaxtda yekunlaşdı.

Beləliklə, artıq Naxçıvana təbii qaz İrandan mübadilə yolu ilə deyil, Türkiyə ərazisindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq".

Bundan sonra Türkiyə ərazisindən İğdır-Naxçvan qaz boru xətti vasitəsilə Azərbaycan qazı birbaşa Naxçıvana ötürüləcək. Belə bir fursətdən yararlanaraq Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsiziliyini təmin etmək hökumət qarşısında duran ümdə vazifələrdən biridir.

Bununla yanaşı Azərbaycan hökuməti "yaşıl enerji" texnologiyalarının inkişaf etdirilməsinə də böyük töhfələr verir.

Hazırda Muxtar Respublikanın ərazisində də müxtəlif növ alternativ və bərpa edilən enerji mənbələrinin inkişafi istiqamətində bir necə layihə həyata keçirilir.

Akif NƏSİRLİ





Seçilən
8
baki-xeber.com

1Mənbələr