AZ

Keçən il verdiyi müsahibəyə görə qiyabi həbs edildi

Teleaparıcı Tatyana Lazareva 2023-cü ilin avqustunda verdiyi müsahibədə terrora haqq qazandırdığı iddiası ilə qiyabi olaraq altı il yarım müddətinə azadlıqdan məhrum edilib.

"Unikal" Rusiya KİV-nə istinadən xəbər verir ki, teleaparıcının Moskvaya pilotsuz təyyarə hücumlarına sevindiyi də iddia edilib.

Bu yaxınlarda müsahibəsində hazırda İspaniyada yaşayan aparıcı Rusiyaya qayıtmaq istədiyini etiraf edib. Onun sözlərinə görə, o, xaricdə ciddi problemlərlə üzləşib və adaptasiya prosesində çətinliklər yaşayır.

Əvvəllər Lazareva terrorçular və ekstremistlər siyahısına əlavə edilib və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2 - "İnternetdən istifadə edərək terrorizmin ictimai təbliği" maddəsi üzrə ona cinayət işi açılıb. 

Seçilən
11
unikal.az

1Mənbələr