AZ

Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən ilk vəsaiti alıb

Ukrayna hakimiyyəti  ABŞ-dən Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş 1 milyard dollar alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal öz teleqram kanalında məlumat verib.

O, bildirib ki, söhbət ABŞ-nin səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş ümumi məbləği 20 milyard dollar olan kreditin birinci tranşından gedir. ABŞ Maliyyə Nazirliyinin rəhbərliyi bunu dekabrın birinci yarısında təsdiqləyib.

Oxşar sxemə görə, G7 ölkələrinin Ukraynaya daha 30 milyard dollar ayıracağı gözlənilir.

Seçilən
7
1
qafqazinfo.az

2Mənbələr