AZ

“Sumqayıt”ın şikayəti təmin edilməyib

Bakı. Trend:

“Sumqayıt” Futbol Klubunun apellyasiya şikayəti təminedilməyib.

Trend xəbər verir ki, bubarədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda“Sumqayıt” komandasının baş məşqçisi Kənan Hacıyev hakimlər otağınadaxil olaraq təhqiredici sözlər işlətdiyinə görə onun 5 oyuncəzalandırılmışdı. AFFA İntizam Komitəsinin 05 dekabr 2024-cü iltarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edilib ki, Apellyasiya Arbitraj Tribunalının qərarındanLozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayətverilməsinin mümkünlüyü maraqlı tərəflərə izah ediləcək və qərarıntam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərəgöndəriləcək.

Məqalədə:
Seçilən
3
7
az.trend.az

10Mənbələr