AZ

Kişi məmurla əl sıxmaqdan imtina edən hicablı qadın ifadəVERDİ

Fransada hicablı müsəlman bir qadının kişi məmurla əl sıxmaqdan imtina etdiyi üçün polis şöbəsinə çağırılaraq ifadə verdiyi bildirilib.

Redaktor.az xəbər verir ki, Avropa İslamofobiya ilə Mübarizə Cəmiyyətinin (CCIE) X platformasında paylaşdığı məlumata görə, qadın kişi məmurla əl sıxmaqdan imtina etdiyinə görə polis tərəfindən sorğuya çağırılıb.

Polis şöbəsində ifadə verən qadın: "Müsəlmanam, hicab taxıram və əl sıxmaqdan imtina etdiyim üçün bir məmur məni polisinə şikayət etdi. Əsasız bir ifadəyə çağırıldım", - deyə açıqlama verib.

Qadın ifadəsi zamanı bir saat ərzində ona "Fransanın ziyanını istəyirsinizmi? Fələstindəki müharibə haqqında fikriniz nədir? Sələfilik haqqında nə düşünürsünüz? Musiqi dinləyirsinizmi? Xaricə köçməyi planlaşdırırsınızmı? Məscidə gedirsinizmi?" kimi sualların verildiyini bildirib.

Həmçinin polis əməkdaşlarının onun əvvəlki iş yerini axtardığını, ailəsi və ətrafı ilə bağlı şəxsi suallar verdiyini qeyd edib. Qadın bir məmurla əl sıxmaqdan imtina etməyin qanunsuz olmadığını vurğulayıb.

Seymur BƏNNAYEV 

Seçilən
8
redaktor.az

1Mənbələr