AZ

Adil Şükürov 2024-cü ili Azərbaycan üçün uğursuz adlandırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Kəpəz" klubunun baş məşqçisi Adil Şükürov komandaların qış fasiləsinə qədər performanslarını dəyərləndirib, Juninyonun "Qarabağ"dan gedişi haqqında fikirlərini bölüşüb.
Bu barədə Oxu.Az-a açıqlama verən Adil Şükürov 2024-cü ilin Azərbaycan futbolu üçün uğursuz olduğunu bildirib.
"2024-cü ildə Azərbaycan üçün ümumi baxsaq, heç də yaxşı keçdiyini deyə bilmərik. Millimiz D liqasına yuvarlandı və bu da futbolun ölkədəki durumunun yaxşılaşdırılmasına böyük ehtiyac olduğunun xəbərçisidir. Federasiyada dəyişiklik oldu, yeni inkişaf strategiyası hazırlanır. Bütün futbol ictimaiyyəti hazırlanan strategiya nələri dəyişəcək, ölkə futbolunda hansı yeniliklər olacaq deyə gözləyir. Klub səviyyəsində baxsaq, çox təəssüf ki, öyrəşdiyimiz vəziyyət yenə də təkrarlandı və "Qarabağ" xaric bütün komandalar avrokubokları tərk etdi.
Ümumiyyətlə, 2024-cü ildə müsbət hal azlıq təşkil etdi. Klub səviyyəsində mütləq inkişaf etdirilməli olan məsələ, akademiyadır. Bu sahəyə fikir verilməsə, inkişaf barədə danışmağa dəyməz. 2025-ci ildə çempionat da çıxış edən komandalarda yerli futbolçulara daha çox şans verilməsini və bu futbolçuların millimizdə yaxşı oyunlar keçirməsini gözləyirəm. "Qarabağ" bu il Avropa Liqasında oyun olaraq yaxşı oynasa da, nəticələr yaxşı olmadı. Amma bu, gələn mövsüm də "Qarabağ"ın daha uğurlu olacağından xəbər verir. 24 komanda arasına düşmək şansı cüzi də olsa, var.
Juninyonun "Sevilya"ya keçidi isə daha güclü futbolçunun komandaya cəlb edilməsidir ki, bu da komanda da olan gənc futbolçuların inkişafı deməkdir", - deyə A.Şükürov bildirib.
Seçilən
11
50
oxu.az

10Mənbələr