Jurnalist Maksim Maksimovun qətlində keçmiş polis polkovniki Mixail Smirnovun əli olub.
News24.az publika.az-a istinadla xəbər verir ki, “78.ru”nun mənbəsinin məlumatına görə, o, günahını etiraf edib.
Jurnalist 2004-cü ilin iyununda yoxa çıxıb. Onun meyiti hələ də tapılmayıb.
Məlumata görə, 2024-cü il dekabrın 19-da İstintaq Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları jurnalist Maksim Maksimovun qalıqlarını axtarmağa başlayıblar.
Yeri isə həbsdə olan polis polkovniki Mixail Smirnov göstərib.