AZ

Balıkəsirdə zavodda faciə: xeyli sayda ölən var

Türkiyənin qərbində, Balıkesir şəhərində partlayıcı maddələr zavodunda partlayış baş verib. Vali İsmayıl Ustaoğlu bildirib ki, nəticədə 12 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

İsmayıl Ustaoğlunun sözlərinə görə, yeni partlayış riski yoxdur. Fövqəladə vəziyyətə nəyin səbəb ola biləcəyi hələ müəyyən edilməyib. Hakimiyyət təxribat ehtimalını nəzərdən keçirmir. “Anadolu” xəbər verir ki, partlayış kapsul istehsalı sexində baş verib. CNN Türk-ə görə, partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə rayona 112 təcili yardım və yanğınsöndürmə briqadası göndərilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr