AZ

Dəməşqin Xristian məhəllələrində Milad ağacının yandırılması hadisəsi üzündən etirazlar baş verib

Qərb mediasının məlumatına görə, çərşənbə axşamı Dəməşqin əsasən xristianların yaşadığı bir neçə məhəlləsində etirazlar baş verib. Buna səbəb isə mərkəzi Suriyanın Hama şəhəri yaxınlığında bir qrup şəxsin Milad ağacını yandırmasını göstərən videonun internetdə yayılması olub.

Etirazçılar xristianların hüquqlarının müdafiəsini tələb edən şüarlar səsləndirərək küçələrə çıxıblar. Bu hadisə uzun müddətdir müharibə şəraitində olan Suriyada dini azadlıqlarla bağlı narahatlığını ifadə edən xristian icması arasında narazılıq yaradıb.

Bununla belə, “Hayat Təhrir əş-Şam” (HTŞ) rəhbərliyi bütün dinlərə hörmətlə yanaşacağını və hadisədən uzaq olduğunu bəyan edib.

Çərşənbə axşamı verilən bəyanatda HTŞ Milad ağacını yandırmaqda məsul olan şəxslərin “suriyalı olmadığını” bildirərək, onları məsuliyyətə cəlb edəcəyinə söz verib. HTŞ azlıqların icmalarını sakitləşdirmək üçün dini simvolları və ənənələri qoruyacağını vəd edib.

Seçilən
25
turan.az

1Mənbələr