AZ

Xəzər üzərindən Rusiyaya silah daşıyan iranlı neft maqnatının adı AÇIQLANDI

Mətbuata İranın Rusiyaya silah tədarük edən əsas şəxslərindən birinin adı məlum olub.

Musavat.com-un xəbərinə görə,  bu barədə amerikalı rəsmilər və Bloomberg məlumat yayıb.

Belə ki, adıçəkilən şəxs iranlı neft maqnatı Hüseyn Şəmxanidir.

Hossein

Hüseyn Şəmxani və atası Əli Şəmxani

Məlumata görə, Ukraynada istifadə olunan raketlər və pilotsuz uçuş aparatları üçün komponentlərin tədarükü müqabilində Moskva İrana neft ilə ödəniş edir.

Şəmxani silah və ikili təyinatlı malları Xəzər dənizi vasitəsilə bir neçə gəmidən ibarət şəbəkə ilə daşıyır. Tədarük ilə İranlı biznesmenin nəzarətində olan şirkətlər məşğul olur. Bu şirkətlərdən biri Dubayda yerləşən və Qərb neft şirkətləri ilə də əməkdaşlıq edən Crios Shipping LLC-dir.

Agentlik qeyd edir ki, Şəmxaninin şirkətlər şəbəkəsi İranın Rusiyaya ümumi silah tədarükünün dörddə birindən çoxunu təşkil edir.

Afaq,
Musavat.com

 

Seçilən
8
1
musavat.com

2Mənbələr