AZ

Ukrayna Rusiyanın dondurulmuş pullarından ilk milyardı aldı

Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən ilk vəsaiti əldə edib.

Azpost.info bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

“Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ABŞ-dan 1 milyard dollar alıb. Bu, planlaşdırılan 20 milyard dolların ilk tranşıdır”, – o, Telegram kanalında yazıb.

Nazirlər Kabinetinin rəhbəri amerikalı tərəfdaşlara və Dünya Bankına “ədalətə doğru bu mühüm addıma görə” təşəkkür edib.

“Biz Rusiyanın bütün suveren aktivlərinin müsadirə ediləcəyini və Ukraynanın bərpası üçün istifadə ediləcəyini gözləyirik”, – Şmıqal əlavə edib.

2022-ci ildə Avropa İttifaqı və G7 ölkələri Rusiyanın təxminən 300 milyard dollarlıq suveren valyuta ehtiyatlarının yarısını dondurub.

phrase_var_article.chosen
20
azpost.info

1phrase_var_article.sources