AZ

"Ukraynada gələcək sülh müqaviləsinin həlledici məqamlari" - "Foreign Affairs

 
"Sülh sazişinin mahiyyəti ərazi məsələsinin nizamlanmasına deyil, müharibənin yenidən bərpa edilməsinin qarşısının alınmasına yönələcək..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp aydın şəkildə anladıb ki, Ukraynada müharibəyə son qoymaq istəyir. Ukrayna və Rusiyanın hansı niyyətdə olmasına rəğmən, sülh sazişinin mahiyyəti ərazi məsələsinin nizamlanmasına deyil, müharibənin yenidən bərpa edilməsinin qarşısının alınmasına yönələcək. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Affairs" nəşri üçün müəllif məqaləsində "RAND Corporation" analitik mərkəzinin baş politoloqu və Rusiya üzrə ekspert Semyuel Çarap yazıb.
 
Onun fikrincə, gerçək sülh planına dörd əsas element daxil edilməlidir, bunlar atəşkəs haqqında yaxşı düşünülmüş saziş, Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri, Rusiyanın təcavüzünə görə cəzalandırılması və Rusiyanın Qərblə münasibətlərinin sabitləşməsi üzrə tədbirlərdir. 
 
Çarap əmindir ki, ərazi məsələsi çətin ki, danışıqlar predmeti olsun, ayrıcı xətt isə, ehtimal ki, bəzi kiçik dəyişikliklər və korrektələr edilməklə bütövlükdə atəşkəs məqamında olan yerdə qalacaq.
 
"Hər iki tərəf üçün ərazilərə nəzarətin fövqəladə dərəcədə vacib olmasına rəğmən, sonucda daha geniş siyasi məsələlər kimi elə də əsas məsələ deyil. Rusiya ilhaqının tanınması həm Ukrayna, həm də Qərb sponsorları üçün haqlı olaraq mümkünsüz addım hesab edilir", - analitik yazıb.
 
Təhlükəsizlik zəmanətləri
 
Çarap qeyd edir ki, müharibədən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri elə olmalıdır ki, Rusiya yeni hərbi müdaxiləyə görə ödəyəcəyi bədəlin məqbul olmayan səviyyəsini anlasın. Bu zəmanətlər ya Rusiyaya ağrılı cavab vermək üçün silah tədarükü, ya da üçüncü ölkələrin Ukrayna tərəfində müdaxilə etməklə bağlı öhdəlikləri ola bilər.
 
"Əgər Kiyev onun təhlükəsizliyinə zəmanət verilməsinə əmin olarsa, o, diqqətini qarnizon dövlət olmağa deyil, iqtisadi bərpa və demokratiyaya yönəldə bilər", - ekspert qeyd edib.
 
Analitik Ukraynanın NATO-ya qəbul ediləcəyinə inanmır, çünki Qərb anladıb ki, buna getməyəcək, Rusiya isə Kiyevin Alyansa daxil olmasına imkan verilməməsini özünün məqsədlərindən biri adlandırıb. Amma o, xatırladır ki, ABŞ dəfələrlə postmünaqişə vəziyyətlərində dost ölkələr üçün öz üzərinə birbaşa təhlükəsizlik zəmanətləri götürüb.
 
Atəşkəs haqqında saziş
 
Analitik döyüşlərin dayandırılması məqamında mövcud olacaq ayırıcı xətti tanımayan iki son dərəcə düşmən dövlətlər arasında artəşkəs rejiminə riayət edilməsinə nəzarəti ayrıca mürəkkəb məsələ hesab edir. 
 
Çarap sülhməramlılar ideyasına inanmır, çünki onların sayının çox olması tələb ediləcək. O, məsələnin gerçək həllinin vəziyyəti monitorinq edən sensorlar və müşahidə kameralarının quraşdırılması olduğunu hesab edir. Aydındır ki, monitorinqə cavabdeh hansısa üçüncü ölkə olmalıdır.
 
Lakin atəşkəs rejiminin pozulmasının müəyyən bədəli olması üçün məsuliyyət mexanizmlərinin tətbiq edilməsi daha vacibdir, ekspert əlavə edib və Minsk razılaşmalarının acı təcrübəsini xatırladıb.
 
Rusiyanın cəzalandırılması
 
Analitik Ukraynaya qarşı təcavüzün Rusiyanın məğlubiyyətinə gətirib çıxarmasını dünyaya göstərilməsini zəruri hesab edir ki, başqaları belə müharibəyə şirnikləndirilməsin.
 
"Putinin qələbə barədə bəyan etməsinin labüdlüyünə rəğmən, döyüş əməliyyatları dayandırıldıqdam sonra dünyada Rusiyanın öz təcavüzünə görə heç bir bədəl ödəmədiyi təəssüratı yaranmamalıdır", - o, vurğulayıb.
 
Çarap Qərbin Rusiyaya qarşı sanksiyalarının saxlanılması və Rusiyanın dondurlumuş aktivlərinin Ukraynanın bərpasına verilməsini yersiz hesab edir.
Seçilən
10
moderator.az

1Mənbələr