ABŞ-nin keçmiş prezidenti Bill Klinton Vaşinqtondakı xəstəxanadan evə buraxılıb.
Viral.az xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi “X” sosial şəbəkəsində bildirib.
O, 78 yaşlı eks-prezidentin qripə yoluxduğunu vurğulayıb.
Son Yazılar:
- Bill Klinton xəstəxanadan buraxıldı
- “Sabah” NTD-yə qalib GƏLDİ
- Cənubi Sudanın şimalında vəbadan 70-dən çox adam ÖLDÜ
Qeyd edək ki, dekabrın 23-də B.Klinton temperaturu yüksəldiyi üçün Vaşinqtondakı “MedStar Georgetown” Universiteti Xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, 2021-ci ildə keçmiş prezident Kaliforniyada altı gün xəstəxanada yatıb və COVID-19-a bağlı olmayan bir infeksiya ilə müalicə olunub.
B.Klinton 1993-2001-ci illərdə ABŞ prezidenti olub.