AZ

Hamilə qalmaq üçün dua

Hamilə qalmaq üçün dua

Hamilə qalmaq arzusu bir çox qadının qəlbində daşıdığı ən böyük istəklərdən biridir. Ancaq bəzən müxtəlif səbəblərdən bu proses uzana bilər və ailə quran cütlüklər mənəvi dəstək axtarmağa ehtiyac duyurlar. Dua, Allaha olan inamın güclənməsi və Onun lütfünə sığınmaq üçün ən gözəl yoldur. Allah Təala, Ona səmimi qəlblə dua edən və övlad arzusunda olan qullarına mərhəmətini əsirgəməz. Hamilə qalmaq üçün edilən dualar, insanın yalnız ürəkdən diləyini çatdırmaqla qalmır, həm də mənəvi rahatlıq bəxş edir.

Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) bizə  övlad üçün xüsusi dua buyurmasa da, özünüz istədiyiniz kimi və ya Qurani Kərimdə peyğəmbərlərin etdikləri kimi dua edə bilərsiniz: "Bir zaman Zəkəriyyə Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!" (Rabbi həb li millə dunkə zurriyyətən tayyibətən, innəkə səmiu-d-dua)". (Ali İmran, 38).
"(İbrahim dedi: ) "Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (Rabbi həb li minə-s-salihin)". (əs-Saffat, 100).

Əlbəttə ki, müalicə və digər səbəblərdən də yapışmaq lazımdır. 

Fatimə
Qlobal.net
Seçilən
24
qlobal.net

1Mənbələr