AZ

Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"

61 illik Baas rejiminin devrilməsindən sonra Bəşər Əsəd Rusiyaya sığındı. Əsədin devrilməsindən sonra Türkiyə ilə Suriya arasında diplomatik təmaslar sürətləndi.

OXU24.COM xəbər verir ki, Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Ankara ilə Dəməşq arasında imzalanacaq yeni anlaşmanın detallarını açıqlayıb.

Nazir Suriyanın Aralıq dənizinə açılan əhəmiyyətli bir qapı olduğunu deyib.

"Suriya limanlarının demək olar ki, inkişaf etmədiyini bilirik. Biz yəqin ki, müəyyən sərmayələr yatırmaq üçün müəyyən qərarlar və səylər göstərəcəyik. Yəqin ki, gələcəkdə "Dəniz səlahiyyətləri müqaviləsi" imzalanacaq və biz Şərqi Aralıq dənizində öz maraqlarımızı qorumaq üçün mütləq mövqe tutacağıq", - Uraloğlu bəyan edib.

Nazir anlaşmanın Türkiyə üçün faydalarından danışıb:

"Belə bir müqavilə həm Suriyanın, həm də bizim fəaliyyət sahəmizi və ya səlahiyyətlərimizi genişləndirir. Biz hər cür neft və karbohidrogen kəşfiyyatı ilə bağlı beynəlxalq hüququ nəzərə alaraq hər iki ölkənin səlahiyyətlərini bölüşürük və ya genişləndiririk. Əlbəttə, Livan var, İsrail var. Təbii ki, biz onları nəzərə alaraq, bizə ən yaxın olan coğrafiyanı - Suriyanı nəzərdən keçirərkən, bu bölgənin tamamilə iki ölkənin aydın nəzarəti altında olduğunu nəzərə alacağıq. Bunun üçün səlahiyyətin verilməsi lazımdır".

Seçilən
5
1
oxu24.com

2Mənbələr