AZ

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Təcrübəli və məsuliyyətli dövlət lideri kimi Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına və həmvətənlərinizə daim böyük diqqət göstərirsiniz. Qeyd etmək sevindiricidir ki, Siz mədəniyyətlərarası dialoqun aparılmasına mühüm töhfə verirsiniz, bunun sayəsində Cənubi Qafqazda insanların sakit və təhlükəsiz həyat sürməsi üçün zəruri olan dinlərarası sülh və sabitlik təmin edilir.

Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının fəaliyyətinə xeyirxah diqqətinizə görə Sizə xüsusi minnətdarlığımı ifadə edirəm. Əminəm ki, dövlət institutlarının və dini qurumların məhsuldar qarşılıqlı fəaliyyəti xalqın birliyinə, ənənəvi mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına, sülhün və vətəndaş həmrəyliyinin möhkəmlənməsinə kömək edən mühüm amildir.

Sizə möhkəm cansağlığı və ruh yüksəkliyi, mərhəmətli Tanrıdan kömək və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Kirill

Moskvanın və Bütün Rusiyanın Patriarxı

Seçilən
27
xalqqazeti.az

1Mənbələr