AZ

DİN vətəndaşlara reklamlarla bağlı ÇAĞIRIŞ etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları rəqəmsal platformalarda yayımlanan tanıtım reklamlarına qarşı diqqətli olmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat qurumun "Facebook" sosial şəbəkə hesabında paylaşılıb.
Paylaşımda deyilir:
"Məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edərək yaradılmış sosial media hesablarında paylaşılan kontentlərə qarşı diqqətli olun! Yönləndirilən internet saytların veb ünvanlarını yoxlayın, doğruluğundan əmin olun! Yönləndirilən keçidlərdə fayl və proqram yükləmə seçimlərinə qarşı diqqətli olun!"
Seçilən
6
19
oxu.az

10Mənbələr