Bu gün xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonqu diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Nazir Ceyhun Bayramov, ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib.