"İnter"in prezidenti Cüzeppe Marotta klubun qış transfer pəncərəsi ilə bağlı planlarından danışıb.
90deqiqe.Az xəbər verir ki, "Football Italia" funksionerin dediklərini belə çatdırıb.
"Biz "İnter" olduğumuza və müəyyən keyfiyyət səviyyəmizə malik olduğumuza görə, düşünürəm ki, heç nə etməyəcəyik, çünki bu heyət gələcəyə zəmanət verir"
Xatırladaq ki, “İnter” hazırda “Atalanta”ya 3 xal itirməklə yanaşı, eyni zamanda bir oyunla da turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.