Belarus - imkanlar ölkəsidir. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında keçirilən gənclər üçün Yeni İl balında bildirib.
Milli.Az xəbər verir ki, "Bu gün bizim Müstəqillik Sarayımızda parlaq, gözəl bir bayram keçirilir. Ruhlandırıcı bayram. Bu bayramın əsas bəzəyi sizsiniz, əziz Yeni İl balının iştirakçıları," - deyə dövlət başçısı vurğulayıb. - "Mənim üçün çox önəmlidir ki, siz bu bayramı hiss edəsiniz, Sarayın - bizim müstəqilliyimizin rəmzi olan bu məkanın xüsusi ab-havasını duyasınız. Sarayın pəncərələrindən Minski izləyəsiniz və öz təcrübənizdə görəsiniz ki, doğma Belarus - imkanlar ölkəsidir."
Lalə Qüdrətova
Milli.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta