AZ

"İşəgötürənlər 10 işçi yerinə 8 işçi saxlamaq məcburiyyətində qala bilər" - QHT sədri

İlqar Hüseynli, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, QHT.az-a açıqlamasında bildirib:

“Minimum əmək haqqı 340 manatdan 400 manata qalxdıqda, işəgötürənlər məcburi olaraq bu səviyyəni təmin etməlidir. Bu dəyişiklik, özəl sektorun maliyyə büdcəsinə təsir edə bilər. Şirkətlər, xüsusilə də işçi sayına görə daha çox maliyyə xərci tələb edənlər, müəyyən ixtisarlara əl ata bilərlər. Məsələn, əvvəl 340 manat maaşla 10 işçi saxlayan bir şirkət, indi 400 manatla yalnız 8 işçi saxlamaq məcburiyyətində qala bilər. Bu isə əmək bazarında dəyişikliklərə yol açacaq və bəzi işçilərin iş yükünü artıracaq. Əgər işçi sayı qorunsa, maaş artımı şirkətlərin maliyyə imkanlarını zəiflədəcək. Özəl sektorun inkişafı isə istehsal və ticarət dövriyyəsinin genişlənməsindən asılıdır”.

 

Pərvanə Fərhadqızı

Seçilən
9
qht.az

1Mənbələr