24 dekabr, çərşənbə axşamı, Eyfel qülləsində yanğın baş verib.
Musavat.com xəbər verir ki, ikinci mərtəbə ilə zirvə arasında yerləşən liftin enerji təchizatı relsində qısaqapanma nəticəsində yanğın siqnalı işə düşüb və saat 10:50-də 1 200 nəfərin təxliyəsi həyata keçirilib.
Eyfel Qülləsinin İstismar Cəmiyyəti (SETE) bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Yanğınsöndürənlər liftə bağlı elektrik qutusunda başlayan yanğını sürətlə nəzarətə alıblar və alovun yayılmasına imkan verməyiblər.
Qüllə saat 12:15-dən etibarən ikinci mərtəbəyə qədər ziyarətçilər üçün qismən yenidən açılıb. Təhlükəsizlik tədbiri olaraq nasaz lift fəaliyyətini dayandırıb, digər üç lift isə normal işləyir.
Hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalar davam edir.