“Mən Paşinyanın xalqı aldatmasına imkan verməyəcəm”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
O bildirib ki, baş nazirin Qarabağ məsələsi ilə bağlı son bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Vardan Oskanyan Paşinyanı debata çağırıb.
“Əgər Nikol Paşinyan həqiqətən öz dediklərinə inanırsa, o zaman ictimai müzakirəyə çıxsın”, – deyə sabiq nazir vurğulayıb. /globalinfo.az/