AZ

Məşhur reperlərə qarşı yeni ittihamlar səsləndirilib

P.Diddi ilə bağlı səs-küylü qalmaqalda təəccüblü dönüş baş verib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, digər məşhur reper Cey Ziyə qarşı da ciddi ittihamlar səslənib. Onun münaqişədə əli olduğu müəyyən edilib. Məhkəmələr 2000-ci ildə, hələ 13 yaşında olarkən sənətçilərin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirən qadından ifadə alıb. Cey Zi artıq ittihamları “bişirilmiş” adlandıraraq təkzib edib.
 

Daily Mail-in məlumatına görə, Cey-Z keçmiş sevgilisi Keysi Venturaya qarşı zorakılıq etdiyinə dair görüntülər yayıldıqdan sonra keçmiş yaxın dostu P.Diddi ilə əlaqələrini tamamilə kəsib. Qəzetin mənbəsi qeyd edib ki, o, öz reputasiyasını qorumaq naminə hər şeyə hazırdır. Hazırda musiqiçinin əsas problemi ailəsinin təhlükəsizliyi və mümkün həbsdən yayınmasıdır.

İnci

 

Seçilən
16
1
sfera.az

2Mənbələr