“Bayern”in müdafiəçisi Kim Min Jae cari mövsümdə qarşılaşdığı problemdən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu noyabrdakı beynəxalq fasilədən sonra qarşıdakı təqvimə baxdığını bildirib:
“Noyabrdakı beynəlxalq fasilədən sonra təqvimə baxdım və hələ 8 oyun var idi. Fikirlərim belə idi: dişlərimi sıxıb, birtəhər bunun öhdəsindən gəlməliyəm. İndi mən fiziki və əqli cəhətdən düzgün şəkildə bərpa olunmaq istəyirəm”.
Cənubi koreyalı müdafiəçi dizindən zədə almasına baxmayaraq, müalicə əvəzinə qış fasiləsinə qədər ağrıkəsicilərlə oynamağa qərar verib.
28 yaşlı futbolçu cari mövsümdə “Bayern”in heyətində 24 oyuna çıxıb və 2 qol vurub.