AZ

Mask “Vikipediya”ya ianələri dayandırmağa çağırır

Amerikalı sahibkar və milyarder İlon Mask materialların yaradılması və redaktəsinə münasibətinə görə Vikipediyaya ianələrin dayandırılmasına çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial media səhifəsində yazıb.

“Onlar redaktə səlahiyyətləri balansını bərpa edənə qədər ianə verməyi dayandırın”, – deyə o vurğulayıb.

O, öz postunda elektron ensiklopediyanın liberal fikirlərə sadiqliyini ifadə edərək, ironik şəkildə xidməti Wokepedia adlandırıb.

Seçilən
1
1
nocomment.az

2Mənbələr