“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonun məşuqəsi Corcina Rodriges “slavic core” üslubunda dəb nümayiş etdirib.
Arena.az məlumat verir ki, “slavic core” (90-cı illərin zəngin slavyan qadınının üslubu) dəbi əcnəbi qadınlar arasında, Katya Lelin “Мой мармеладный” mahnısına klip təqdimatından sonra geniş yayılmağa başlayıb.
Corcina qara qısa ətək, sviter, xəz haşiyəli əlcəklər geyinib, ayağına bəbir çaplı çəkmələr keçirib, başına iri xəz dəri papaq qoyub, çiynindən “Chanel”dən kiçik qara çanta asıb. Corcina bütün bu görünüşünü qara corablar geyinilmiş baldırlarının sallağı oturaraq qabardılması ilə tamamlayıb.
Xatırladaq ki, Corcina və Kristiano səkkiz ildən artıqdır ki, birlikdədirlər, cütlüyün birgə iki övladı var.